Moped sürənlərin NƏZƏRİNƏ: Martın sonundan bu tələblər MƏCBURİ OLUR - VİDEO

media-hightechnic-468x90

Azərbaycanda mopedlərin istifadəsi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər yaxın aylarda qüvvəyə minəcək. Yeni qaydalar mopedlərin hüquqi statusunu tam şəkildə motosikletlərə bərabərləşdirir və bu nəqliyyat vasitələrini idarə edən sürücülər üçün bir sıra yeni tələblər müəyyənləşdirir. Dəyişikliklər mart ayının sonlarından etibarən tətbiq olunacaq.

Bu barədə Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov məlumat verib. O bildirib ki, Milli Məclisdə mopedlərlə bağlı qanuna edilən dəyişikliklər dərc edildikdən 3 ay sonra qüvvəyə minir və bu müddət martın sonlarına təsadüf edir.

Ekspertin sözlərinə görə, qanun qüvvəyə mindikdən sonra mopedləri idarə edən şəxslər üçün artıq motosikletlərə aid hüquqi rejim tətbiq olunacaq:

“Bu o deməkdir ki, moped sürən şəxslərin ‘A’ və ya ‘A1’ kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır. Eyni zamanda mopedlər dövlət qeydiyyatına alınmalı, dövlət qeydiyyat nişanı ilə təmin edilməli və dövri texniki baxışdan keçməlidir”.

Ərşad Hüseynov vurğulayıb ki, qanunun hərfi mənasına əsasən, qüvvəyə mindiyi tarixdən sonra qeydiyyata alınmamış mopedlərin yollara çıxması qadağan olunacaq:

“Qanun qüvvəyə mindikdən sonra dövlət qeydiyyatına alınmamış mopedlər yola çıxmamalıdır və onları idarə edən şəxslərin də sürücülük vəsiqəsi olmalıdır”.

Ekspertin fikrincə, böyük ehtimalla Dövlət Yol Polisi qeydiyyat, imtahan və texniki baxış strukturları 3 aylıq keçid müddəti bitməmiş bu prosesə start verəcək. Bununla belə, təcrübə göstərir ki, qeydiyyat prosesi daha uzun müddət davam edə bilər və bu, qanun pozuntusu hesab olunmur:

“Kimsə qanun qüvvəyə minənə qədər mopeddən istifadə etməyə bilər, daha sonra istənilən vaxt onu qeydiyyata aldıraraq yollarda hərəkət edə bilər. Bu proses daim davam edəcək”.

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa