2026-cı ilin QARA PROQNOZU: “İsrail və İran üçün geri sayım başladı”
“İsrail – İran müharibəsinin ən geniş fazası 2026-cı ildə baş tutacaq”
Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Samir Hümmətli bildirib.

Politoloq İsrail – İran münaqişəsinin növbəti il daha da genişlənəcəyini qeyd edib:
“2025-ci ilin iyununda baş verən 12 günlük müharibədə 2026-cı ildə İran və İsrail arasında qarşıdurma olacağı mesajı verilmişdi. Bunun başqa alternativi də yoxdur. Bölgə artıq geriyədönülməz şəkildə müharibəyə doğru sürüklənir. İsrail İranın boş nöqtələrini tapmağa çalışır. Düşünürəm ki, İsrail 2026-cı ildə baş verəcək müharibədə bu boşluqları tapmağa cəhd edəcək. Bu baxımdan düşünürəm ki, qarşıdurmanın olma ehtimalı böyükdür; reallaşdırmaq üçün bütün ssenari işlənib, hazırdır. Ona görə də yaxın müddət ərzində bu müharibə başlayacaq”.
S. Hümmətli bu qarşıdurmaya Amerikanın qoşulmasının böyük faciəyə yol açacağını diqqətə çatdırıb:
“Əgər İsraillə İran qarşıdurmaya girəcəksə, bu, ABŞ-nin İsrailə dəstəyinə gətirib çıxaracaq. Bu isə tərəflər arasında genişmiqyaslı müharibəyə çevriləcək. Düşünürəm ki, ABŞ müharibəyə müdaxilə edərsə, ‘Üçüncü Dünya Müharibəsi’ndən daha böyük müharibə baş tuta bilər”.
Nurlan Cəfəri












