Azərbaycanda rabitə və nəqliyyat sektoruna kredit qoyuluşları artdı

media-hightechnic-468x90

Bu ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən rabitə və nəqliyyat sektoruna qoyulmuş kreditlərin həcmi 2,143 milyard manata çatıb.

media-banner_tkm

Yenicag.az bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 19,3 milyon manat və ya 0,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 321,1 milyon manat və ya 17,6% çoxdur.

Qeyd edək ki, ümumilikdə bu ilin dekabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,009 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 294,5 milyon manat və ya 0,9%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,4 milyard manat və ya 8,3% artım deməkdir./Trend/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05