Lənkəranda “KamAZ” aşdı

media-hightechnic-468x90

загруженное (14)Lənkəranda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Hadisə sentyabrın 9-da axşam saatlarında rayonun Boladi kəndi ərazisində qeydə alınıb. Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 1969-cu il təvəllüdlü İbiş Ələm oğlu Mehdiyevin idarə etdiyi “KamAZ” markalı yük maşını qəfildən idarəetməni itirərək yolun kənarına aşıb. Güclü zərbədən maşın deformasiyaya uğrayıb, sürücü isə nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə İ.Mehdiyevi avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Bədən xəsarətləri almış sürücüyə xəstəxanada lazımi tibbi yardım göstərilib və hazırda vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600