Lənkəranda qardaş qardaşı bıçaqlayıb

media-hightechnic-468x90

bicaqladi5trfdtrreytLənkəranda bıçaqlanma hadisəsi baş verib.

Yerli hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə rayonun Təngivan kəndində qeydə alınıb.

Kənd sakini Hümmət Şahan oğlu Əliyev şəxsi münasibətlər zəminində onunla qonşuluqda yaşayan qardaşı Habil Əliyevə bıçaqla xəsarətlər yetirib.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müvafiq tibbi yardımdan sonra onun vəziyyətinin hazırda stabil olduğu bildirilir.

Hadisəni törədən Hümmət Əliyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa