Leyla Əliyeva sərgidə – Fotolar

media-hightechnic-468x90

1463201945767636192_1000x669YAY Qalereyasında rəssam Aida Mahmudovanın “Umwelt” adlı fərdi sərgisi açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub. Rəsmi şəxslərin, görkəmli mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri sərgidə rəssam Aida Mahmudovanın kətan üzərində qarışıq üslubda işlədiyi “Flower beds”, “Landscape”, “Indigo”, “Rockbed”, “Overgrown”, “The Coral” əsərləri, habelə “The Shard” heykəltəraşlıq nümunəsi yer alıb.

“Umwelt” (alman dilində “mühit” deməkdir) ifadəsi 1909-cu ildə tanınmış bioloq və filosof Yakob fon İksyukl tərəfindən işlədilib. Bu terminlə o, eyni yaşayış mühitində (ekosistemdə) olan müxtəlif canlıların, o cümlədən insanın cürbəcür xarici siqnallara fərqli reaksiya verməsi faktını izah etməyə çalışıb. Belə ki, iti eşitmə və görmə qabiliyyətinə malik canlılar son dərəcə həssas iybilmə duyğusunun, yaxud xarici mühitlə ultrasəs dalğaları və elektrik sahəsinin köməyi ilə qarşılıqlı təmasda olan canlılara nisbətən dünyanı fərqli, özünəməxsus şəkildə qəbul edirlər. Yeni terminin başlıca məqsədi insanları da yaşadığı ətraf aləmin müxtəlifliyini təsvir etməkdir.

Fərdi “Umwelt” qəbul etməyə hazır olduğumuz ən yaxın ətraf aləm sahəsidir, bu, hər birimizdə var. Balinalar, yarasalar, quşlar və bütün digər canlılar kimi, biz də ətrafımızda cərəyan edən hadisələri öz təcrübəmiz, xarakterimiz və mövcud şəraitin prizmasından qəbul edirik. Bizim “Umwelt” nisbətən daha rahat yaşayış ərazisidir və gündəlik həyatımızda üzləşməli olduğumuz, adət etdiyimiz hərəkət marşrutlarının, öhdəliklərin, situasiyaların və risklərin cəmini özündə birləşdirir. Beləliklə, biz dünyanın sadəcə bir “monolit” təsvirini deyil, saysız-hesabsız təhriflərin və deformasiyaların yer aldığı bir çox nadir təsvirlər əldə edirik. Həmçinin insan digər canlılardan fərqli olaraq, müxtəlif baxışların fərqini heç də həmişə obyektiv gerçəklik kimi qəbul etmir, bununla “dinməz-söyləməz” razılaşmır. Təzadlar və uyğunsuzluqlar bizi diskomfort hissi yaşamağa, bəzən isə iztirab çəkməyə məcbur edir. Hasil edilən mənaların müxtəlifliyi isə bizi daha qətiyyətli edir.

Demək olar ki, hər bir insan məhz öz “Umwelt”ində bütöv bəşəriyyəti cəmləşdirdiyi barədə mütləq əminlik hissi yaşayır. Yalnız bir sıra insanlar var ki, müəyyən hüdudların olduğunu və bu hüdudlardan kənarda digər sivilizasiyaların mövcudluğunu dərk edirlər.

Biz, dərketmə qabiliyyətimizi formalaşdıran amillərin toplusunu, o cümlədən öz “Umwelt”imizin digərlərinə necə təsir etməsini çox vaxt başa düşmürük. Dünya təsəvvürümüzdə “əyri güzgüdə”ki kimi əks olunur və biz deformasiyaya uğramış bu təsviri xarici aləmə proyeksiya edirik.

İnsanlar, sadəcə, bir-birinə paralel dünyalarda yaşayır və öz fərdi dünyasını yaratmaqla, məhz ona məxsus “gerçəkliyin” daha dəqiq, daha inandırıcı versiya olduğuna tam əmin olur. Həqiqətin məhz bizdə olması ilə bağlı əminlik, digər “umveltlərin” qəbul edilməməsinə, cəmiyyət miqyasında isə ideoloji ehkamların müdafiəsinə, fərqli düşüncələrin inkar olunmasına gətirib çıxarır.

Belə bir vəziyyətdə məhz rəssam dözümlülüyün bariz nümunəsi, dərkedilməzliyin son dərəcə geniş həcmini anlayan bir şəxs kimi çıxış edir. Məhz rəssam bir çox fərdi proyeksiyalardan ibarət olan “həyat kətanının” mürəkkəblik duyğusunu ötürməyə, translyasiya etməyə qadir olur. İnsan fərqli idrak proseslərinin cərəyan etdiyi, müxtəlif koqnitiv aləmlərdə yaşayır və rəssamın yaradıcılığı belə “aləmlərin” təmərküzü sayıla bilər.

Aida Mahmudova 1982-ci ildə Bakıda dünyaya gəlib və burada yaşayıb-yaradır. O, 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Bu gün onun əsərləri beynəlxalq səviyyədə sərgilənir. Bu sıradan 56-cı Venesiya Biennalesində Azərbaycan pavilyonunun “Vita Vitale” sərgisini, Romanın MAXXI Muzeyində və 55-ci Venesiya Biennalesində “Love Me, Love Me Not” sərgisini qeyd etmək olar. Rəssamın fərdi sərgiləri 2013-cü ildə “Barbarian Art Gallery” (Sürix), 2015-ci ildə isə Nyu-Yorkda “Leila Heller Gallery” və Bakıda Müasir İncəsənət Muzeyində keçirilib. Aida Mahmudova 2011-ci ildə əsası qoyulan YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması, milli incəsənətimizin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği ilə məşğuldur.

Aida Mahmudovanın avqustun 13-dək davam edəcək “Umwelt” sərgisinə giriş sərbəstdir.(AZƏRTAC)

media-ziraat-728x90

Leyla Əliyeva sərgidə-Fotolar

media-hightechnic-468x90

showpic_el100 (11)56-cı “Venesiya Biennalesi” – Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) dəstəyi ilə Azərbaycan pavilyonunda iki sərginin açılışı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.
Azərbaycan pavilyonunda təşkil olunan sərgi “Hüdudları aşaraq” adlanıb. Bura gələn qonaqlara Azərbaycan milli musiqisinin müşayiəti ilə rəqs nömrələri təqdim olunub.

Sərginin açılışında çıxış edən Leyla Əliyeva qonaqları salamlayaraq 56-cı “Venesiya Biennalesi”ndə iştirak etməkdən məmnun olduğunu bildirib və Azərbaycan rəssamlarının təmsil olunduğu “Hüdudları aşaraq” sərgisinin əhəmiyyətinə toxunub:

“Pavilyondakı əsərlərdə XX əsrin ortalarında sovet rejiminin kölgəsində qalmış rəssamların ruhu əks olunur. Pavilyon bizi Azərbaycan tarixinin vacib məqamına gətirib çıxarır və həmin ərəfədə susdurulmuş və ya məhəl qoyulmamış rəssamlara sanki səs verir. 1918-ci ildə biz ilk müstəqilliyimizi qazandıq və həmin dövrdə qadınlara səsvermə hüququ verildi və onlar parlamentə seçildilər. Həmçinin müsəlman Şərqində ilk opera və balet Azərbaycanda səhnəyə qoyuldu. Bundan sonra isə artıq mürəkkəb və füsunkar mədəni quruluşumuza yeni təbəqə əlavə etmiş sovet dövrü başladı. Bu gün ilk dəfə biz həmin ərəfədə işlənilmiş bəzi möhtəşəm incəsənət işlərinin nümayiş olunduğunu görə bilərik. Mən zamana bağlı olmayan bir incəsənətin yaradılmasının bugünkü meyillərlə ayaqlaşmadığına, səmimiyyət və dərin düşüncə ilə incəsənət əsərlərinin yaradılması ilə əlaqəli olduğuna həqiqətən də inanıram. Azərbaycan rəssamları, hətta ətrafındakılar onları dayandırmağa çalışsalar belə bunu uzun illər boyunca ediblər. Ümid edirəm ki, bu sərgini dolaşanda siz bu rəssamların səslərini eşidəcəksiniz və razılaşacaqsınız ki, onların incəsənəti zamanın sınağından keçib”.

Venesiyada təşkil olunan “Vita Vitale” sərgisinin ideyasının təbiətin mühafizəsi ilə sıx bağlı olduğunu deyən Heydər Əliyev Fondunun vitse-prezidenti qarşılaşdığımız ekoloji problemlərin incəsənətin dili ilə çatdırılmasının əhəmiyyətindən danışdı, bu sərginin İDEA laboratoriyası tərəfindən təşkil edilməsindən şad olduğunu bildirib. Rəhbərlik etdiyi İDEA-nın fəaliyyəti və həyata keçirdiyi layihələri barədə məlumat verən Leyla Əliyeva ölkəmizdə ekoloji tarazlığın qorunması ilə bağlı görülən tədbirlərdən də danışıb.

Sərginin kuratoru Simon de Püri bu yeni layihə üzərində Heydər Əliyev Fondu ilə birgə işləməkdən şərəf duyduğunu bildirib. O, ötən illərdə Fondun təşəbbüsü ilə müxtəlif ölkələrdə təşkil olunmuş “Bakıya uçuş” sərgilərində iştirak edən Azərbaycan rəssamlarının əsərlərinin artıq dünya miqyasında tanındığını diqqətə çatdırıb.

Beynəlxalq İncəsənət Sərgisinə qatılan Azərbaycanın pavilyonundakı “Hüdudları aşaraq” sərgisində 7 rəssamın – Əşrəf Muradın, Cavad Mircavadovun, Tofiq Cavadovun, Rasim Babayevin, Fazil Nəcəfovun, Hüseyn Haqverdinin və Şamil Nəcəfzadənin əsərləri təqdim olunub.

Daha sonra “Venesiya Biennalesi” çərçivəsində “Vita Vitale” beynəlxalq sərgisinin də açılışı olub.
Heydər Əliyev Fondunun və İDEA-nın birgə təqdim etdikləri bu sərgi planetin taleyindən narahatlıqlarını əks etdirən müxtəlif ölkələrin rəssamlarını bir araya gətirib.

Ekspozisiyaya Azərbaycan, ABŞ, Avstriya, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Niderland, Pakistan, İsveçrə və Özbəkistan rəssamlarının əsərləri daxildir. Belə ki, “Vita Vitale”də Edvard Burtinski, Mirça Kantor, Loris Çekkini, Toni Kreqq, Laura Ford, Leyla Əliyeva, Aida Mahmudova, Endi Vorhol və digər məşhur rəssamların əl işləri yer alıb.

Xatırladaq ki, bundan əvvəl 55-ci “Venesiya Biennalesi”ndəki “Ornamentlər” adlı Azərbaycan pavilyonunda ölkəmiz 6 rəssamla təmsil olunurdu. Builki tədbirə isə 89 ölkə öz milli pavilyonları və 44 sərgi ilə qatılıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600