Leyla Yunusun səhhəti pisləşdi

media-hightechnic-468x90

68419Son günlər həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti kəskin şəkildə pisləşib.
Bu barədə  onun vəkili Elçin Qəmbərov bildirib.

Onun sözlərinə görə, Yunusun qara ciyərində parçalanma prosesi başlayıb, xroniki olaraq az yemə nəticəsində təzyiqi ciddi şəkildə düşür və zəifdir. Həbs edildiyi gündən etibarən L.Yunus 10 kq arıqlayıb.

Vəkil Ramiz Məmmədov istintaq təcridxanasına Yunusun analizlərinin nəticələri haqqında məlumat verilməsi üçün rəsmi sorğu təqdim edib, lakin istintaq təcridxanasının rəhbərliyi bu sorğunu qeydiyyata almaqdan imtina edib ki, bu da birbaşa qanun pozuntusudur, deyə vəkil bildirib.

Xatırladaq ki, Leyla Yunus ağır diabet xəstəsidir və bu ilin iyulunda həbs edildikdən sonra o, müvafiq şəkildə müalicə olunmur.

Leyla Yunus və həyat yoldaşı Arif Yunus Ermənistanın xeyrinə casusluqda ittiham olunurlar. (turan)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa