Lider məsuliyyəti öz üzərinə götürdü
“Əl-Qaidə” terror təşkilatının Yəmən qolunun lideri ötən həftə Fransada “Charlie Hebdo” satirik jurnalının redaksiyasına edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Yenicag anspress-ə istinadən bildirir ki, “Əl-Qaidə”nin Ərəbistan yarımadasındakı baş komandanı Nəsr əl-Ansi internetə yerləşdirilən 11-dəqiqəlik videoda bildirib ki, “Charlie Ebdo” redaksiyasına hücum Məhəmməd Peyğəmbərə görə “qisas” olub.
“Əl-Qaidənin Yəmən qolu hücumun hədəfini seçib, planı hazırlayıb və əməliyyatı maliyyələşdirib. “Charlie Hebdo” jurnalına hücum edən Səid və Şərif Kuaşi qardaşları isə qəhrəmandırlar” – Nəsr əl-Ansi belə deyib.
Bu videoyazı “Əl-Qaidə”nin Ərəbistan yarımadası bölgəsi üzrə qolunun “Tvitter” hesabında yerləşdirilib.