!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lider TV bütün əməkdaşları işdən kənarlaşdırılıb? - RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

Lider TV bütün əməkdaşlarının işdən kənarlaşdırılması ilə bağlı xəbərlər yayılıb.

Telekanalın proqram rəhbəri Yenicag.az-a açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib edib. Cavab qısa və konkret olub:

“Telekanal bununla bağlı rəsmi açıqlama yaymayıb”.

Yayılan məlumata görə, telekanal əməkdaşlarının bildirdiyinə görə, kanal rəhbərliyi onlara öz hesablarına üç aylıq məzuniyyətə çıxmaları barədə ərizə yazmalarını tapşırıb. Bu tapşırığa sözsüz əməl etmək məcburiyyətində qalan işçilər artıq digər telekanallara, media qurumlarına iş üçün müraciət ediblər. Çünki onlara yenidən kanala qaytarılmayacaqları bildirilib. Telekanal əməkdaşlarının sözlərinə görə, bu qəfil qərarın verilməsinə səbəb Lider TV-dəki maliyyə problemləridir. Rəhbərlik telekanalın büdcəsini düzgün idarə edə bilmədiyi üçün çıxış yolu olaraq işçiləri işdən kənarlaşdırmağı uyğun bilib.

Qeyd edək ki, xəbəri Metbuat.az saytı yayıb.

Cəvahir

www.yenicag.az

1276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv