Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Liderdə “Yay”dır…

Yay mövsümü ilə əlaqədər olaraq Lider televiziyasının Anons şöbəsi kanalın bir neçə siması ilə maraqlı layihəyə imza atdı. Bu barədə Yenicag.az -a Lider TV-nin direktor müavini Lamiyyə Ələkbərqızı məlumat verib:

“Hazırda yay mövsümü ilə əlaqədar olaraq bir neçə layihəmiz tətilə çıxsa da onların təkrarı yayımlanır. Əksər verilişlərimiz isə tətilə çıxmadan yeni buraxılışlar hazırlayıb, tamaşaçılara təqdim edirlər. Hər dəfə olduğu kimi bu il də kanalımızın Anons şöbəsinin quruluşçu rejissoru Aynurə Tahirqızının ideyası əsasında yay mövsümünə “Liderdə Yaydır” şüarı ilə start verdik. Bir neçə hissədən ibarət olan yay layihəmizin ilkin anonsları çəkilib və yayımdadır. Tezliklə, digər anonslar da çəkilib yayımlanacaq. Qeyd etdiyim kimi bu yay Lider TV yeni televiziya mövsümünə istirahət etmədən hazırlaşacaq”.

L.Ələkbərqızı “Liderdə Yaydır” layihəsində əməyi keçən fotoqraf Pərviz Salıyə, prodüser Aytac Bayramzadəyə, montajçı Əsgər Ağayev və digərlərinə minnətdarlığını bildirərək, yeni mövsümdə tamaşaçıların yaxşı tanıyıb-sevdikləri simalarla bağlı yeniliklər olacağını bildirdi.

Yenicag.az

Loading...

www.yenicag.az

702
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100