Litva Prezidenti Kiyevə getdi

media-hightechnic-468x90

Litva Prezidenti Gitanas Nauseda Ukraynanın Dövlətçilik Günü ilə əlaqədar Kiyevə gedib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə o, özü bildirib.

“Mən Kiyevə yeni gəlmişəm. Ukraynanın ilk dəfə Dövlətçilik Gününü qeyd etdiyi bu əlamətdar gündə Ali Radada Ukrayna xalqına müraciət edəcəyəm”, – o deyib.

Nauseda həmçinin bildirib ki, o, Prezident Vladimir Zelenski ilə görüşəcək və ona Litvanın ən yüksək dövlət mükafatı – Böyük Vitautas ordenini təqdim edəcək.

Qeyd edək ki, Ukrayna Dövlətçilik Günü Zelenskinin 24 avqust 2021-ci il tarixli fərmanı ilə təsis edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05