Litvanın baş naziri istefa verdi
Litvanın Baş naziri Gintautas Palutskas istefa verib.
Yenicag.az xəbər verir ki, bu barədə Litva Radio və Televiziya portalı ölkə Prezidenti Gitanas Nausedaya istinadən məlumat yayıb.
“G.Palutskas səhər zəng edib və istefasını elan edib”, – o bildirib.
Portal qeyd edir ki, Palutskas həm baş nazir vəzifəsindən, həm də Litva Sosial Demokrat Partiyasının sədri postundan getmək qərarına gəlib.
Daha əvvəl prezident ona korrupsiya qalmaqalından sonra siyasi gələcəyi ilə bağlı qərar qəbul etmək üçün iki həftə vaxt vermişdi.