Litvanın yeni prezidenti kimdir?
Litvanın yeni prezidentinin adı mayın 25-də prezident seçkilərinin ikinci turundan sonra bəlli olacaq.
Birinci turun nəticələrinə görə, hazırkı prezident Dalya Qribauskayte 45,89 % səs alıb. İkinci turda onun rəqibi hakim sosial-demokrat partiyasının nümayəndəsi Ziqmantas Balçitis olacaq (13,63%).
Qeyd edək ki, Dalya Qribauskaytenın reytinqi aşağı düşüb. Belə ki, 2009-cu il seçkiləri zamanı o, 69% səs almışdı. Buna baxmayaraq, hazırkı prezident bu dəfə də seçkinin favoriti ola bilib(teleqraf.com).