Livan Prezidenti: "İsrail ilə danışıqlar zəiflik təzahürü deyil"
İsrail ilə danışıqlar zəiflik təzahürü, geri çəkilmə və Livanın öz hüquqlarından imtina etməsi demək deyil.
Yenicag.az xəbər verir ki, bu barədə respublika prezidenti Cozef Aun ölkə vətəndaşlarına müraciətində bildirib.
“Bu danışıqlar zəiflik əlaməti, geri çəkilmə və güzəşt deyil”, – o vurğulayıb. O əmin edib ki, danışıqlar hər hansı hüquqlardan imtina mənasına gəlmir.
“Biz atəşkəs üzərində işdən, xalqımızın hüquqlarını, torpağımızın bütövlüyünü və millətimizin suverenliyini qoruyacaq daimi sazişlər üzərində işə keçidin yeni mərhələsi qarşısındayıq”, – prezident deyib. Onun sözlərinə görə, ölkə hakimiyyəti “yarım əsr ərzində ilk dəfə Livana qərar qəbul etmək” və müstəqil şəkildə danışıqlar aparmaq hüququnu qaytarıb.













