“Liverpul” son 60 ilin klub antirekordunu müəyyənləşdirib

media-hightechnic-468x90

Liverpul” İngiltərə Premyer Liqasının 12-ci turunda evdə “Nottingem Forest”ə 0:3 hesabı ilə uduzaraq, ölkə çempionatında son 60 ilin antirekordunu müəyyənləşdirib.

Yenicag.az bu barədə “Opta Sport” statistik portalına istinadən xəbər verir.

Bildirilir ki, mersisaydlılar 1965-cı ildən bəri ilk dəfə İngiltərə çempionatında ardıcıl iki oyunda böyükhesablı məğlubiyyətə (üç və daha çox top buraxmaqla – red.) uğrayıblar. Həmin vaxt klubu Bill Şenkli çalışdırırdı.

Xatırladaq ki, “Liverpul” İngiltərə Premyer Liqasının 11-ci turunda səfərdə “Mançester Siti”yə də eyni hesabla uduzmuşdu.

Qeyd edək ki, “Liverpul” hazırda 18 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 11-ci yeri tutur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa