Liviya neft qiymətlərini yüksəldir – Daha iki limandan ixracat dayandırıldı – Yenicag.Az

Reklam

Reklam

Liviya Milli Neft Şirkəti ölkənin şərqində yerləşən Əz-Zuveytinə və Əl-Xariqa limanlarından neft ixracatının dayandırıldığını açıqlayıb.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, qurumdan verilən yazılı açıqlamada “Neft hilalı” bölgəsində böyük strateji əhəmiyyətə malik olan Sidra və Ra`s Lanuf limanları ilə bağlı atılan addımların anoloji olaraq Əz-Zuveytinə və Əl-Xariqa limanları üçün də nəzərdə tutulduğu qeyd olunub.

Qurumun rəhbəri Mustafa Sünallah da yaranmış vəziyyətə aydınlıq gətirərək bildirib ki, son iki gün ərzində neft üçün bu limanlara daxil olan gəmilər geri qaytarılıb.

Qeyd edək ki, “Neft hilalı” bölgəsi ölkənin ümumi neft rezervinin 60%-ini özündə cəmləşdirib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 622
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."