Liviya sahillərində gəmi batdı: 14 miqrant itkin düşdü, ölənlər var

Liviya sahillərindən 50 kilometr aralıda göyərtəsində azı 20 miqrant olan gəmi batıb.

Yenicag.az-ın məlumatına görə, batan miqrantların xilas edilməsi üçün Liviyanın sahil mühafizəsi xidməti ilə əlaqədə işləyən İtaliya HDQ-nin helikopteri cəlb edilib.

Məlumata əsasən, batan gəmi İtaliyanın hərbi təyyarəsindən görülüb. Gəminin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə xilas edilib.