Lökbatanda kütləvi zəhərlənmə

media-hightechnic-468x90

kjhjbDünən axşam Qaradağ rayonunun Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə hadisəsi baş verib. Onlarla insan müxtəlif dərəcədə zəhərlənib və bir ölüm halı qeydə alınıb. Musavat.com xəbər verir ki, dünyasını dəyişən şəxs Lökbatan qəsəbəsinin sakini, 45 yaşlı Natalya Məmmədovadır. Onun halı pisləşdikdə ailə üzvləri dərhal təcili tibbi yardım çağırıblar. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib.

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Lökbatan qəsəbəsində yerləşən 15 saylı köməkçi Yardım Stansiyasından bildirilib ki, N. Məmmədovanın qazdan zəhərlənməsindən və ya başqa bir xəstəlikdən dünyasını dəyişdiyi ekspertizanın nəticələri bəlli olduqdan sonra müəyyənləşəcək.Dünən gecə onun cəsədi artıq ailəsinə təhvil verilib.

Bildirilir ki, hadisə qəsəbənin Vilayət Əsgərov küçəsində baş verib. Bu küçədəki dörd beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub.

Sakinlər bildiriblər ki, bu gün saat 19 radələrində qaz kəsilib. Bir saat sonra isə binalara qazın verilişi yenidən bərpa olunub. Bu vaxt qazdan kəskin qoxu gəlib. Bu qoxu kütləvi zəhərlənməyə səbəb olub.

Onu da qeyd edək ki, kütləvi zəhərlənmə olayı barədə gələn ilk xəbərlərdə zəhərlənənlərin və ölü sayının katastrofik olduğu bildirilirdi, ancaq hüquq-mühafizə orqanlarının və həkimlərin verdiyi məlumata görə, zəhərlənmə nəticəsində 8 nəfər yox, yalnız bir nəfər vəfat edib.

APA-nın məlumatına görə, zəhərlənmə qaza vurulan adarant adlı maddədən təsiri ilə baş verib.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600