“Lokomotiv” rəqibini məğlub etdi

media-hightechnic-468x90

75019Qadın voleybolçular arasında CEV Kubokunda 1/4 final mərhələsinə start verilib.

Yenicag anspress-ə istinadən bildirir ki, yarışdakı yeganə təmsilçimiz “Lokomotiv” doğma meydanda oynayıb.

Bakı təmsilçisi Krasnodar “Dinamo”sunu qəbul edib. “Lokomotiv” Rusiya Kubokunun sahibinə heç bir şans verməyib – 3:0.

Qeyd edək ki, bu mərhələyədək “Lokomotiv” “Rote Raben”lə (Almaniya) “Srvena Zvezda”nı (Serbiya), “Dinamo” isə “Novara” (İtaliya) və “Hameenlinna”nı (Finlandiya) mübarizədən kənarlaşdırıb.

CEV kuboku
1/4 final
İlk oyun

14 yanvar
Lokomotiv (Azərbaycan) – Dinamo (Rusiya, Krasnodar) 3:0 (25:22; 25:18; 25:22)
Hakimlər: Arnis Kelle (Latviya), Vyaçeslav Prozorov (Moldova).
Bakı, Voleybol Mərkəzi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600