Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Lotu Quli"nin dəbdəbəli məzarı: Qurdlar, fasiləsiz səslənən Quran - FOTO

Ötən il İstanbulda qətlə yetirilmiş “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı Türkiyə mətbuatında manşetlərə daşınıb.

Yenicag.az xəbər verir ki, Türkiyənin “BirGün” qəzetinin əməkdaşı Timur Soykan “Lotu Quli”nin qəbrini ziyarət edərək dəbdəbəli məzar haqqında reportaj hazırlayıb.

Soykan Səlifovun məzarını belə təsvir edib:

“Qəbiristanlıqdakı görkəmli məzar o dəqiqə diqqət çəkir. Sadəcə onun ətrafındakı otlar yaşıldır. Ətrafına saxta çiçəklərdən çələnglər düzülüb, üzərlərində kiril əlifbası ilə yazılar var. Çələnglərin önündə ulayan iki böyük qurd heykəli var. Məzardakı səs sistemində ərəbcə Quran fasiləsiz davam edir.

Məzar qəhvərəngi, bahalı mərmərdən bağça şəklindədir. Dördkünc mavzoleyin ətrafında sarı ulduzlar, dörd tərəfində isə təzə çiçəklər var. Mavzoleyin başında ölünün büstü var, ancaq üstü bəyaz parça ilə örtülüb. Büstün arxasındakı divarın sağında “Quli”, digər tərəfində isə “Nadir Səlifov” yazılıb. Mavzoleyin iki tərəfində də oturmaq üçün yerlər xüsusi diqqətlə mərmərdən hazırlanıb. Büstün tam qarşsıında Nadir Səlifovun son texnologiya ilə mərmərə basılmış böyük, ağ-qara şəkli var. Bir yanında türk, digər yanında Azərbaycan bayrağı mərmərə işlənib”.

www.yenicag.az

4096
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100