Lukaşenko da yeni prezidenti təbrik etdi
“Ukrayna stabil və güclü, həmçinin, Belorusa etibarlı qonşu dövlət kimi qalmalıdır”.
Bu sözlər Belorus prezidenti Aleksandr Lukaşenko Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonu təbrik mesajında yer alıb.
Lukaşenko qeyd edib ki, Belorusiya bundan sonra da Ukrayna ilə sıx əməkdaşlıq etmək niyyətindədir:
“Çoxəsrlik dostluq ənənəsi və qarşılıqlı dəstək, eyni zamanda, bizim xalqın tarixi birliyi iki ölkə arasında hərtərəfli və konstruktiv əməkdaşlığın inkişafı üçün zəmin yaradır”.