!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Lütfi Zadə harada dəfn olunmalıdır?" - Millət vəkillərinin təklifi  

!Reklam – Yazi

Bu gün səhər saatlarında dünyaşöhrətli alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə ABŞ-da dünyasını dəyişib.

Lütfi Zadə ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova mətbuata bildirib ki, təxminən 10 gündən sonra onun cənazəsi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək və müsəlman qaydası ilə dəfn ediləcək.

Milli Məclisin deputatı Musa Qasımlı Yenicag.az-a açıqlamasında Lütfi Zadənin dünyanın məşhur alimləri sırasında olmasından qürur duyduğunu diqqətə çatdırdı:

Musa Qasımlı

“Görkəmli alim Lütfi Zadənin vəfatından kədərlənirəm. Allah rəhmət eləsin. O, dünyaşöhrətli, görkəmli bir alim idi. Dünyanın ən tanınmış riyaziyyatçısı olub. Onun doğum yerinin Bakı yazılması bizim millət üçün böyük fəxrdir. Yaratdığı məktəbin nümayəndələri arasında azərbaycanlıların olması da təkcə bizim üçün deyil, dünyada yaşayan bütün soydaşlarımız üçün qürur mənbəyidir. Hesab edirəm ki, Lütfi Zadənin sağlığındakı fəaliyyəti Azərbaycanın tanıdılmasında nə qədər böyük rol oynayıbsa, onun ölkəmizdə dəfn edilməsi Azərbaycana və elmimizin dünyada qəbul olunmasına ondan da çox xidmət göstərə bilər”.

Asim Mollazadə

 

Milli Məclisin deputatı Asim Mollazadə isə bildirdi ki, Lütfi Zadə Fəxri Xiyabanda dəfn olunmalıdır:

“Lütfi Zadənin vəfatı ilə dünya çox böyük bir alimi, Azərbaycan xalqı isə böyük bir oğlunu itirdi. O, dünyasəviyyəli böyük alim, gözəl insan idi. Lütfi Zadə ona şöhrət gətirən böyük bir nəzəriyyənin müəllifidir. Dəfələrlə Lütfi Zadə ilə görüşmüşəm. Zənnimcə, onun Azərbaycanda, Fəxri Xiyabanda dəfn edilməsi daha yaxşı olardı. İstərdim ki, dünyaşöhrətli soydaşımız məhz doğulduğu məkanda son mənzilə yola salınsın. Fikrimcə, bütün dünya tərəfindən yüksək qiymətləndirilən alimə Azərbaycan xalqı da öz diqqətini yetirməlidir”.

ELÇİN

www.yenicag.az

2070
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv