Luvrda su sızması: Yüzlərlə əsər zədələndi

media-hightechnic-468x90

Fevralın 13-nə keçən gecə Parisdəki Luvr muzeyində otaqlardan birini su basıb. 

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu haqda “BFMTV” məlumat yayıb.

Subasma Luvrun texniki xidmətləri tərəfindən “fövqəladə hal” kimi təsnif edilib. Bu, “Duchâtel” kimi tanınan 707-ci nömrəli otaqda baş verib. Orada əsərlərə ciddi ziyan dəyib.

Üst mərtəbələrdən birində baş verdiyi güman edilən əhəmiyyətli su sızmasına boru xətası səbəb ola bilər. Məlumata görə, 706-dan 708-ə qədər olan zallar hazırda bağlıdır.

Xatırladaq ki, ötən il oktyabrın 19-da naməlum şəxslər Luvr muzeyinə daxil olaraq cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 əşyanı oğurlayıblar. Həmin əşyaların ümumi dəyəri 88 milyon avro qiymətləndirilir./Qafqazinfo/

 

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05