Reklam: High Technic
hightechnic

Macarıstan səfiri: "Azərbaycan NATO üçün etibarlı tərəfdaşdır"  

Reklam: Sinerji Pro

“NATO və Azərbaycan arasında rezident koordinator olaraq biz Azərbaycanı NATO üçün çox etibarlı tərəfdaş hesab edirik”.

Yenicag.az xəbər verir ki, bunu APA-ya Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkeni deyib. Onun sözlərinə görə, bu əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsi hər iki tərəfin marağını ifadə edir: “Azərbaycanın NATO-ya yardımlarını, eləcə də iki tərəfin birgə fəaliyyətini qiymətləndiririk. Düşünürəm ki, gələcəkdə üzərində işləməli olacağımız çox məsələ var. Növbəti il yerli təşkilatlarla ictimai əlaqələri genişləndirməyi, bəzi görüşlər keçirilməsini planlayırıq. Əməkdaşlarımızla bu yeni layihələr üzrə müzakirələr aparırıq”.

Səfir qeyd edib ki, NATO və Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün yerli təşkilat və səlahiyyətlilərlə əlaqələri genişləndirməyə çalışırlar: ” İstərdik ki, daha çox görüş təşkil olunsun”.

www.yenicag.az

1.2 K