!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maddiyyat üstündə qurulan MÜNASİBƏTLƏR: “Xəyanətə uğramış qadınlar bu səbəbdən...”

!Reklam – Yazi

“Bəzi xəyanətə uğramış qadınlar da sırf həyat yoldaşı varlıdır deyə, onun xəyanətini “udmağa” çalışır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında qadınların maddiyyat üzərinə qurduqları münasibətlər və evliliklər haqda danışan psixoloq Ezgi Şahin deyib.

Onun sözlərinə görə, bəzi insanlar, xüsusilə, bəzi qadınlar artıq xoşbəxtliyi, xoşbəxt ailəni, evliliyi pulda, madiyyatda görməyə başlayıblar:

“Onlar üçün sevgi deyil, madiyyat ön plandadır. Bir müddət sonra qadının çoxsaylı istəklərini yerinə yetirə bilməyən kişi artıq həmin qadının gözündə bir “heç” olmağa başlayır. Bu hallar da tərəflər arasında evliliyi sonlandırmağa qədər gəlib çıxır. Evlilik öz əhəmiyyətini itirməyə başlayır. Çünki maddiyat onlar üçün daha önəmli olur. Bəzi qadınlar da evliliyə addım atan zaman “evi, avtomobili varmı”, “yoxdursa evlənə bilmərəm” kimi bəhanələr gətirərək bundan yayınırlar”.

Psixoloq qeyd edib ki, bu cür evlilikləri də daha çox “iş müqaviləsi”nə bənzədir:

“Artıq sevgi insanlar üçün duyğusal anlamda ön planda deyil. Hətta pasientlərinm arasında elə qadınlar olub ki, öz yoldaşını 2-3 ayda tanıyaraq, sırf varlı olduğunu görərək, əlindən qaçırmamaq üçün evlənib. Daha sonra isə anlaşmazlıqdan ayrılıblar. Sevgi olmadığına görə qarşı tərəfin atdığı bütün addımlar insana “batmağa” başlayır. Əgər sevgi varsa, qarşı tərəfin mənfi davranışlarını o qədər də görmürsən, onda müsbət görməyə yaxud da onun mənfilərini müsbətə çevirməyə çalışırsan. Lakin sevməyəndə və məntiq evliliyi edəndə bir müddət sonra həmin münasibəti sonlandırmağa çalışırsan. Hətta pasiyentlərim arasında həyat yoldaşlarına xəyanət edən kişilər də olub ki, həyat yoldaşına niyə xəyanət etmisən deyə, soruşduqda “mənə məni puluma görə sevən qadın deyil, əksinə varlı olmağıma önəm verməyən qadınla tanış olduğum üçün bunu etmişəm” kimi cavab verirlər. Hətta bəzi xəyanətə uğramış qadınlar da sırf həyat yoldaşı varlıdır deyə, onun xəyanətini “udmağa” çalışır. Bu cür evliliyi də mən daha çox “iş müqaviləsi”nə bənzədirəm”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

412
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv