"Mafiya serialları" uşaqları qatilə çevirir? – "Zorakılığı estetika kimi təqdim etməyə son qoyun"

media-hightechnic-468x90

“Uşaqlarımıza problemi silahla yox, ünsiyyətlə həll etməyi öyrətməliyik”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış psixoloq Vəfa Əkbər Türkiyədə məktəblərə ard-arda edilən silahlı hücumların səbəblərini şərh edərkən deyib.

media-psixoloq-vefa_-akber-haqqimda

Azyaşlıların zorakılığa meyl etməsinin kökündə dayanan amillərə toxunan psixoloq, problemin əsas qaynağının yalnız “mafiya serialları” olmadığını vurğulayıb:

“Baş verənlər böyük faciədir. Şübhəsiz, bu hadisələrdə serialların müəyyən təsiri var, lakin tək günahkar onlar deyil. Günahkarı yalnız seriallarda axtarmaq bizi problemin real həll yollarından uzaqlaşdırır. Bu faciəni bir çox amil birləşdirir: bunlardan birincisi silaha asan çıxış imkanıdır. Əgər bir uşaq silaha bu qədər asanlıqla əl çatdıra bilirsə, bu, təhlükəsizlik sisteminin ən zəif halqasıdır”.

Vəfa Əkbər uşaqlarda intiqam hissini doğuran sosial səbəbləri də diqqətə çatdırıb:

“Sosial təcrid, bullinq, məktəbdə və ailədə lağa qoyulma uşaqda intiqam hissi yaradır. Ailə və məktəb nəzarətinin olmaması, uşağın emosional vəziyyətindən bixəbər qalmaq faciəyə zəmin hazırlayır. Seriallar sadəcə bu hadisələri adiləşdirə bilər. Gənclər şüuraltı olaraq zorakı obrazlara cəlbedici, güclü və toxunulmaz qəhrəman kimi baxırlar. Bu da yeniyetməlik dövründə yanlış ideal modelinin formalaşmasına səbəb olur”.

Psixoloq problemin həlli üçün kompleks yanaşmanın vacib olduğunu bildirib:

“Serialların yayımını dayandırmaq kifayət deyil. Biz uşaqlarımıza problemi silahla yox, ünsiyyətlə həll etməyi öyrətməliyik. Media isə zorakılığı estetika kimi təqdim etməkdən artıq əl çəkməlidir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05