Mafiyaya qarşı əməliyyat keçirildi

media-hightechnic-468x90

kolpoSiciliyanın Palermo şəhərində İtaliya xüsusi-təyinatlıları məşhur mafiya qruplaşması “Koza Nostra”ya qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı qruplaşmanın 31 üzvü saxlanılıb.

Polisdən verilən məlumata görə, saxlanılanlar bir neçə ağır cinayətdə ittiham olunurlar. Onların siyahısında qətl, sui-qəsd, adam oğurluğu, şantaj və quldurluq kimi cinayətlər var. Bundan başqa həbs olunanlar qanunsuz silah saxlamaq, qəsdən əmlaka zərər vurmaq maddəsilə də ittiham olunurlar.

Əməliyyat “Koza Nostra”nın tarixi vətəni olan Bageriyada keçirilib. Məhz bu kiçik şəhərcikdə mafiyanın iki ən təhlükəli başçısı yaşayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa