!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mağazadan 24 min manatlıq mobil telefon oğurlandı - VİDEO / FOTO

!Reklam – Yazi

Bakının Səbail rayonu ərazisində mağazadan ümumi dəyəri 24 min manat olan 9 ədəd mobil telefon oğurlanıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs obyektin pəncərəsini qıraraq orada olan 9 ədəd müxtəlif markalı mobil telefonu oğurluq yolu ilə ələ keçirib. Oğurlanan mobil telefonların dəyəri 24 min manat olub.

Səbail Rayon Polis İdarəsinin (RPİ) və 9-cu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Kamil Fərəcov saxlanılıb.

Faktla bağlı 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

“Bu şəxsin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir”, – məlumatda qeyd olunub.

www.yenicag.az

382
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv