Makron 8 ildən sonra İrəvana gəlir
Fransa Prezidenti Emmanuel Makronun Ermənistana rəsmi səfərinin vaxtı məlum olub.
Yenicag.az xəbər verir ki, bu barədə “News.am” portalı məlumat yayıb.
Məlumata görə, Fransa lideri mayın 4-də ikigünlük səfərlə İrəvana gələcək. Səfərin əsas məqsədi Ermənistan paytaxtında keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etməkdir.
Qeyd edək ki, bu, Emmanuel Makronun son 8 ildə Ermənistana ilk səfəri olacaq. O, sonuncu dəfə 2018-ci ildə Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammiti çərçivəsində İrəvanda olmuşdu.
Xatırladaq ki, indiyədək Fransa prezidentləri Ermənistana ümumilikdə 4 dəfə rəsmi səfər ediblər: Jak Şirak – 2006-cı il,Nikola Sarkozi – 2011-ci il, Fransua Olland – 2014 və 2015-ci illər.
Makronun builki səfəri Parisin regionda artan fəallığı və İrəvana verdiyi hərbi-siyasi dəstək fonunda xüsusi diqqət çəkir.













