Makron: "Fransa Livana hərbi dəstəyi gücləndirir"

media-hightechnic-468x90

Fransa Livan Silahlı Qüvvələrinə dəstəyi gücləndirəcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə ölkə prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

“Fransa Livan Silahlı Qüvvələri ilə əməkdaşlığı gücləndirəcək və onlara zirehli transportyorlar verəcək, həmçinin operativ və logistik dəstək göstərəcək”, – Makron yazıb.

Fransa liderinin sözlərinə görə, o, “Hizbullah” hərəkatı və İsrailin hazırda sərhədin hər iki tərəfində apardığı hərbi əməliyyatların dayandırılması üzrə plan hazırlamaq üçün Livan rəhbərliyi ilə danışıqlar aparıb.

“Hizbullah” İsrailə hücumları dərhal dayandırmalıdır. İsrail Livan ərazisində hər hansı quru müdaxiləsindən və ya genişmiqyaslı əməliyyatdan imtina etməlidir”, – Makron vurğulayıb.

O əlavə edib ki, Livan hakimiyyəti ölkənin bütün ərazisində təhlükəsizliyi tam təmin etməyə söz verib./Report/

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05