Makron: “İran nüvə proqramının sülh məqsədli olduğunu sübut etməlidir”

media-hightechnic-468x90

Fransa Prezidenti Emmanuel Makron İranın nüvə proqramı ilə bağlı narahatlığını ifadə edərək, bu proqramın sülh məqsədli olduğuna dair təminat verməyin İranın məsuliyyəti olduğunu bildirib.

Yenicag.az xəbər verir ki, Makron bu fikirləri İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyanla telefon danışığı zamanı səsləndirib. Görüşlə bağlı Fransa lideri sosial media hesabında paylaşım edib.

Makron bildirib:

“Qəti tələbimi bir daha təkrarladım – Səssil Kohler və Jak Paris dərhal azad edilməlidirlər. Onların qeyri-insani şəkildə həbsdə saxlanılması ədalətsizdir. Onların Fransaya qayıdışını gözləyirəm”.

Prezident əlavə edib ki, söhbət zamanı İranın nüvə proqramı ilə bağlı ciddi narahatlığını da qarşı tərəfə çatdırıb:

“Bu məsələdə mövqeyim aydındır: İran heç vaxt nüvə silahına sahib olmamalıdır. Niyyətlərinin sülh məqsədli olduğunu tam şəkildə sübut etmək İranın məsuliyyətidir. Münaqişəni dayandırmağın və daha böyük təhlükələrin qarşısını almağın yolları olduğuna inanıram. Fransa və Avropa tərəfdaşları bu istiqamətdə İranla aparılan danışıqları sürətləndirəcək.”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600