Malayziyanın naziri Azərbaycana gəlir
Malayziyanın xarici işlər naziri Anifah Aman sabah Azərbaycana rəsmi səfərə gəlir.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Səfər zamanı malayziyalı nazir Azərbaycan rəsmiləri ilə görüşəcək.
Görüşlərdə siyasi və iqtisadi əməkdaşlığın perspektivləri, hər iki ölkə üçün maraq kəsb edən digər məsələlər müzakirə olunacaq.