Malaziyada 6 ballıq zəlzələ baş verib

media-hightechnic-468x90

14335691393113336783_750x500İyunun 6-da Malayziyanın şərqində 6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların qeydə alındığı Sabah ştatının xilasetmə xidmətinin nümayəndəsinin bildirdiyinə görə, zəlzələ nəticəsində iki nəfər həlak olub, 16 nəfər isə itkin düşüb.

Ölənlərdən biri sinif yoldaşları ilə bu kurort zonasına istirahətə gəlmiş sinqapurlu 12 yaşlı məktəbli qızdır. Xilasetmə orqanlarının bildirdiyinə görə, yüksək dağlıq ərazidən endirilmiş turistlər arasında 10 nəfər xəsarət alan var. Onlardan üçünün vəziyyəti ağırdır.

Zəlzələnin episentri Ranau şəhərindən 19 kilometr şimal-qərbdə yerləşib. Polisin yaydığı məlumatda şəhər xəstəxanasının, məktəbin, polis idarəsinin və bir neçə evin zərər çəkdiyi bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600