Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır – VAKANSİYA

Maliyyə Bazarlarına Nəzarət Palatası Bank fəaliyyətinə nəzarət departamentinin Daxili nəzarət idarəsinin böyük inspektoru vəzifəsinə işçi axtarır.

Yenicag.Az-ın məlumatına görə, ali təhsilli (maliyyə/iqtisadi), analoji sahə üzrə ən azı 3 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi fevral ayının 28-dir.

Namizədə dair tələblər:

 Ali təhsil (maliyyə/iqtisadi).
– Analoji sahə üzrə ən azı 3 illik iş təcrübəsi.
– Maliyyə qanunvericiliyi üzrə biliklər;
– Tədqiqat aparma, təhlil etmə, analitik hesabat tərtib etmə və idarəetmə bacarığı;
– Layihələrlə iş bacarığı və təcrübəsi;
– Ünsiyyətqurma və komandada işləmək bacarığı;
– Fikirlərini yazılı şəkildə aydın və dolğun çatdırma bacarığı;
– Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;
– MS Office proqramları.

İşin təsviri:

– Kredit təşkilatlarında yoxlamalar həyata keçirir;
– Keçirilmiş yoxlamaların nəticələrinə dair hesabatlar hazırlayır;
– Kredit təşkilatlarına göstəriş və tapşırıqların verilməsi, qanunvericiliyə uyğun tədbirlərin, sanksiyaların tətbiq    edilməsinə dair təkliflər hazırlayır;
– Nəzarət prosesi çərçivəsində bankların nümayəndələri ilə əlaqə saxlayır və ya görüşlər həyata keçirir;
– Nəzarət strategiyasının müəyyən edilməsində iştirak edir;

Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.
Əlaqə vasitələri: E – mail : [email protected]

Yenicag.Az

www.yenicag.az

1357