!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maliyyə Nazirliyi dövlət istiqrazlarını hərraca çıxardı

!Reklam – Yazi

Yanvarın 17-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 728 gün tədavül müddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Yenicag.az xəbər verir ki, hərrac zamanı 17 investor 89,6127 manatdan (11,9950 faiz) 96,3702 manata (7,9999 faiz) kimi qiymət intervalında 26 sifariş təqdim edib.

Maliyyə Nazirliyinin qərarına əsasən, dövlət istiqrazlarının kəsmə qiyməti 94,1528 (9,27 faiz), orta ölçülmüş qiyməti 94,3533 manat (9,1536 faiz) səviyyəsində müəyyən edilib.

Sifarişlərin nominal qiymətlərlə ümumi məbləği 136 285 200 manat, yerləşdirmə həcmi isə 50 000 000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 14 yanvar 2025-ci ildir.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələdikdə və qiymət emitenti qane etdikdə emitent tərəfindən təklif olunan istiqrazların həcmi 50 faizədək artırıla bilər.

COP29

www.yenicag.az

388
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv