“Manat rahat nəfəs ala biləcək”

media-hightechnic-468x90

vuqar bayramovv“Mərkəzi Bank manatın kursunu dünənki azalmadan sonra bu gün stabil saxlayıb. Ötən həftə möhkəmlənən manat dünən cüzi dəyər itirdi. Bu isə Mərkəzi Bankın milli valyutanı mərhələli möhkəmləndiricəyi ilə bağlı gözləntiləri müəyyən qədər səngitdi”.

Yenicag.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat yayıb.

Vüqar Bayramov bildirir ki, milli valyutanın son zamanlar dəyişən məzənnəsi göstərir ki, Mərkəzi Bank hələlik özü üçün müəyyənləşdirdiyi dəhliz çərçivəsində dəyişəcək.

“Bununla da, manatın məzənəsinin necə dəyişəcəyi barədə konkret fikir formalaşmasına əsas yaratmayacaq. Əslində, hal-hazırda manatın məzənnəsinin möhkəmlənməsinə iqtisadi baxımdan əsas olmamaqla yanaşı, onun kursunun kəskin ucuzlaşmasına sosial aspektdən lüzum da yoxdur. Belə görsənir ki, neftin dünya bazar qiymətinə və eləcə də ticarət üzrə əsas tərəfdaş ölkələrdəki milli valyutalardakı məzənnə dəyişikliyinə uyğun olaraq manatın kursu müəyyənləşəcək. Hələliksə baş bankda xirda korrektələrlə mövcud məzənnəni qoruyub saxlamağa çalışacaqları gözlənilir. Strateji baxımdan isə, manatın məzənnəsi ölkəyə daxil olan valyuta kütləsindən asılı olacaq. Neftin dünya bazar qiymətinin hər barel üçün 70 dolları örtəcəyi və həmin intervalda stabilləşəcəyi halda manat rahat nəfəs ala biləcək”-deyə ekspert sözlərinə əlavə edib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600