“Mançester Yunayted”in Runi “əməliyyatı”
“Mançester Yunayted” futbolçusu Ueyn Runiyə yeni təklif irəli sürüb.
Qol.Az-ın “The Sun”a istinadən yaydığı məlumata görə, “Çelsi”nin maraq dairəsində olan hücumçunu əldən buraxmaq istəməyən klub ona həftəlik 365 min avro verməyə hazır olduğunu bəyan edib.
Qəzetin yazdığına görə, futbolçu ilə uzun müddət danışıqlardan sonra onunla 4.5 illik müqavilə imzalamaq barədə razılıq əldə olunub.
Qeyd edək ki, bu mövsüm “Mançester Yunayted”in heyətində 28 oyuna çıxan forvard 11 qola imza atıb.