Direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsi üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb.
Bu barədə Yenicag.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, namizədlər iyunun 29-da başlanılan elektron sənəd qəbulu mərhələsi çərçivəsində iyulun 8-i saat 17:00-dək https://miq.edu.az/direktor saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibədə iştirak hüququ qazanacaqlar.
Müsabiqənin nəticələri namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək. Müsabiqədə uğur qazanan şəxslərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.













