Kremlin 4 vilayət tələbi və müharibənin yeni mərhələsi: “Rusiya atəşkəsə məcbur olacaq”

media-hightechnic-468x90

“Rusiya atəşkəsə məcbur olacaq”

media-banner_tkm

Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli bildirib.

media-images-80

Politoloq Rusiya-Ukrayna müharibəsində hələ də sülh üçün hər hansı addımın atılmamasının səbəblərini açıqlayıb.

Politoloq hesab edir ki, Rusiya kapitulyasiya şərtindən, Ukrayna isə öz torpaqlarını təhvil verməkdən əl çəkmədiyi üçün tərəflər arasında ortaq məxrəcə gəlinmir:

“Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəyə başladığı 24 fevral 2022-ci ildən bəri atəşkəslə, sülh danışıqları ilə bağlı təşəbbüslər çox olsa da, müharibənin başlanmasından 1594 gün ötməsinə baxmayaraq, atəşkəsə nail olmaq mümkün olmur. Çünki Rusiya Ukraynanın təslim olmasını tələb edir. Moskva hərb yolu ilə nail ola bilmədiyi hədəflərinə atəşkəs tələbi ilə çatmaq istəyir. Belə ki, Rusiya özünün bir hissəsi elan etdiyi Luqansk, Donetsk, Herson və Zaporojye vilayətlərindən Ukrayna ordusunun çıxarılmasını tələb edir.

Ukrayna isə hərb meydanında qoruduğu ərazilərini təslim etməkdən uzaqdır. Ukraynada heç bir qüvvə belə bir qərara imza ata bilməz. Digər tərəfdən, Kiyevdə yaxşı bilirlər ki, zaman Rusiyanın əleyhinə işləyir. Bütün bunlara görə bu günə kimi atəşkəsə nail olmaq mümkün olmayıb. Rusiyanın mövqeyində dəyişiklik olmayana qədər də buna nail olmaq mümkün olmayacaq. Zaman Rusiyanın əleyhinə işlədiyi üçün müharibə sona yaxınlaşır. Bir neçə aydan sonra Rusiya atəşkəsə məcbur olacaq”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05