“Manchester United” Bruno Fernandeşin əvəzləyicisini Portuqaliyada TAPDI – Hədəfdəki oyunçu BUDUR
“Manchester United”in baş məşqçisi Ruben Amorim komandanın əsas oyunçularından olan Bruno Fernandeşin potensial gedişini nəzərə alaraq onun əvəzləyicisini müəyyənləşdirib.
Yenicag.az xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” nəşri məlumat yayıb.
Məlumata görə, portuqaliyalı çalışdırıcı keçmiş komandası “Sporting Lisbon”un yarımmüdafiəçisi Pedro Qonçalveşi heyətə cəlb etməkdə israrlıdır.
Hazırda Qonçalveşin sərbəst qalma məbləği 80 milyon avrodur. Bruno Fernandeşin klubdan ayrılacağı təqdirdə “Manchester United”in bu transfer üçün kifayət qədər maliyyə imkanına sahib olacağı vurğulanır.
Qeyd edək ki, Pedro Qonçalveş cari mövsümdə “Sporting Lisbon”un heyətində 20 oyunda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Göycə Göycəyev