Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad olundu

media-hightechnic-468x90

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini tutduğu vəzifəsindən azad olunub.

Yenicag.az məlumatına görə, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova tutduğu vəzifədən azad olunub. Aybəniz Qafarova işdən azad olunması üçün ərizə ilə müraciət edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov xanım müavininin işdən azad olunması barədə müvafiq sərəncamı imzalayıb.

Masallı Rayon İcra Hakimiyyətindən faktı təsdiqləyiblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600