!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masallı və Lənkərandan gələn dindarlar Qubada saxlanıldılar

!Reklam – Yazi

Xüsusi karantin rejiminin tələblərini pozaraq Qubaya gizli yollarla “Aşura” mərasiminə dəstək məqsədi ilə Masallı və Lənkəran rayonlarından gələn dindarlar polis tərəfindən saxlanıldılar.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman karantin qaydalarını pozaraq Quba rayonunda yerləşən Zərdabi və Hacı Cəfər məscidlərində “Aşura” məclisi keçirmək üçün dəstək olmağa gələn iki şəxsi saxlayıblar.

Onların Masallı rayon sakini Samir Hüseynli və Lənkəran rayon sakini Arif Hüseynov olduqları məlum olub.

Qaydalarını pozan A.Hüseynov və S.Hüseynli barəsində qanunauyğun tədbirlər görülüb və onlar 10 sutka inzibati həbs ediliblər.

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv