Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Masallıda dəhşətli qəza - Polis leytenantı öldü

Masallı rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Sərçuvar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı şəhəri sakini, 1986-cı il təvəllüdlü polis leytenantı Mehdi Böyükağa oğlu Əhmədovun idarə etdiyi “VAZ 2107” markalı 99 ME 637 dövlət qeydiyyatı nişanlı avtomobil Lənkəran rayonu, Girdəni kənd sakini, 1952-ci il təvəllüdlü Kamal Cəfər oğlu Fətullayevin idarə etdiyi “KAMaz” markalı 42 BL 695 dövlət qeydiyyatı nişanlı yük avtomobili ilə toqquşub.

Nəticədə “VAZ 2107″nin sürücüsü ağır bədən xəsərətləri alıb.

Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.

O, bir neçə saatdan sonra xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1707
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM