Masallıda qazın verilişində fasilə olacaq

media-hightechnic-468x90

Masallı rayonunda 2 500 abonentin qaz təchizatında fasilə yaranacaq.

Yenicag.az xəbər verir ki, Masallı rayonu Ərkivan qəsəbəsindən keçən diametri 159 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar Lürən, Qızılavar, Bala Kolatan kəndlərinin və Ərkivan qəsəbəsinin bir hissəsi olmaqla ümumilikdə 2500 abonentin qaz təchizatının martın 1-i saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa