Maşını əzib sürücünü döyənlər həbs olundular

media-hightechnic-468x90

Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib.

Yenicag.az Musavat.com-a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin xuliqanlıq zəminində “Chevrolet” markalı avtomobilin sürücüsünə xəsarət yetirməsi və əmlaka qəsdən zərər vurması faktı üzrə başlanan cinayət işində təqsirləndirilən şəxslər barədə qərar verilib.

Cinayət əməlində təqsirləndirilən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600