Maska tələbi ləğv edilir

media-hightechnic-468x90

Aprelin 14-dən etibarən Çexiya hakimiyyəti ictimai nəqliyyatda tibbi maska ​​taxmaq öhdəliyini ləğv edəcək.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Vlastimil Valek deyib.

Səhiyyə Nazirliyi aprelin sonu – mayın əvvəlində xəstəxana, poliklinika və sosial xidmət müəssisələrində də tibbi maska ​​taxmaq öhdəliyini ləğv etməyi planlaşdırır. Bununla belə nazir vətəndaşlara kənar yerlərdə tibbi maskadan istifadə etməyi tövsiyə edib.

Koronavirusla bağlı vəziyyətin müəyyən qədər yaxşılaşmasına baxmayaraq, onun yaratdığı xəstəlik respublika üçün ciddi problem olaraq qalmaqda davam edir. Şənbə günü ölkədə 2 251 yeni yoluxma halı aşkar edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa