Maskla Trampın düşünülmüş DALAŞI: İki narsistin sıradan çıxarmaq istədiyi mexanizm

media-hightechnic-468x90

“Mask dünya hakimiyyətinin əsas şərtlərindən olan  kosmik gücə sahib olduğu üçün Tramp hakimiyyətində önəmli şəxsdir.”

Bu fikirləri ABŞ Prezidenti Donald Trampla milyarder İlon Mask arasında yaşanan gərginlik barədə danışan politoloq Əli Zülfiqaroğlu Yenicag.az-a açıqlamasında bildirib.

O bildirib ki, hər iki şəxs ittifaq halında ideoloji müstəvidə birlik nümayiş etdirir:

“Xüsusilə qeyri-ənənəvi “dəyərlər”in sıradan çıxarılması prosesi əsas xəttdir və bu da onu deməyə əsas verir ki, Trampla Mask arasında işbirliyinin təməl səbəbləri daha geniş anlayışı özündə ehtiva edir. İndiyə qədər dünyanın idarə olunmasını həyata keçirən qlobal güc mərkəzləri son zamanlar xüsusilə ideoloji müstəvidə bütün xalqları və dövlətləri təhdid edən müəyyən mexanizm formalaşdırıblar və bu mexanizmin sıradan çıxarılması Tramp hakimiyyəti dönəmində prioritet təşkil edir”.

Politoloq Maskın Tramp hakimiyyətinə hansı xüsusiyyətinə görə vacib olduğunu açıqlayıb:

“Burada Maskın önəmli rolu var. Xüsusilə beynəlxalq maliyyə təsisatlarının formalaşdığı müxtəlif mondialist qurumlar vasitəsilə həyata keçirilən ideoloji proseslər dövlətləri və xalqları, eyni zamanda, milli dəyərləri təhdid edir. Burada əsas məqam mondializm nəzəriyyəsinə əsaslanır. Mondialistlər hesab edirlər ki, mondializm nəzəriyyəsinin reallaşması üçün efirokratiya, yəni kosmik gücün əldə olunması mütləq şərtdir. Ona görə də biz Maskın fəaliyyətinin nədən ibarət olduğunu müəyyən mənada təsəvvür edə bilərik.

Təbii ki, İlon Maska aid olan “Tesla” böyük kosmik gücə malikdir və Tramp hakimiyyəti dönəmində hansı funksiyanı daşıdığını sıraladığımız faktorlara əsasən müəyyən edə bilərik. Bu da onu deməyə əsas verir ki, Maskla Trampın işbirliyinin təməl səbəbləri çox dərindir.”

Politoloq hesab edir ki, Mask və Tramp ikilisi birlikdə höküməti idarə etməzsə, Tramp öz ideoloji mübarizəsində uğursuzluğa düçar ola bilər:

“Hesab edirəm ki, Tramp hakimiyyəti dönəmində iki güclü fiqur arasında olan fikir ayrılıqları sadəcə olaraq detal xarakteri daşıya bilər. Əgər Mask Tramp hakimiyyətində təmsil olunmazsa, o zaman bu hökumətin qlobal imperalizmə qarşı apardığı mübarizə heç bir effekt verməyəcək. Bu da Tramp üçün siyasi uğursuzluq deməkdir. Ona görə də hesab edirəm ki, bu cür özündə narazılığı əks etdirən detallar müşahidə olunsa da, hər iki güclü fiquru birləşdirən ideoloji əsaslar var.

Bütün bunlara görə hesab edirəm ki, Trampla Mask narazılıqların aradan qaldırılması üçün ortaq məxrəc tapacaqlar”.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600