!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Matviyenkonun İrəvana səfəri niyə yubanır?

!Reklam – Yazi

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistana səfəri ötən ilin sonundan müzakirə edilsə, hətta təxmini tarix kimi fevralın sonu da göstərilsə də, bu yaxınlarda parlamentin sədri Alen Simonyan səfərin iyunun 5-6-na planlaşdırıldığını bəyan edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” yazıb.

Ermənistan nəşrinin mnəqaləsində qeyd edilir:

“Bundan əvvəl TASS Matviyenkonun “Rusiya-Ermənistan dövlətlərarası münasibətlərinə yeni təkan vermək üçün” İrəvana səfər edəcəyini bildirmişdi. “Vətəndaş müqaviləsi”ndəki mənbələrimizdən öyrəndik ki, səfər təxirə salınıb.

Son geosiyasi hadisələrdən sonra Nikol Paşinyan da yolunu azmış oğul kimi özünü yenidən Rusiyanın qucağına atmaq qərarına gəlib və bütün dövlət idarələrinə Rusiya ilə üfüqi idarələrarası əlaqələri, təmasları bərpa etməyi, bütün tədbirlərdə, görüşlərdə iştirak etməyi tapşırıb. Ancaq Rusiya Federasiyasında, necə deyərlər, Nikolun göz yaşlarına inanmır və onları fakt və sübutlarla sınamağa qərar verirlər.

İş o yerə çatıb ki, Ermənistan hakimiyyətindən “Avropa referendumu” layihəsinin ləğvi tələb olunub. Layihənin ikinci oxunuşun təxirə salınması da bununla bağlıdır və onun tamamilə ləğv olunacağı istisna edilmir”.

www.yenicag.az

57
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv