!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Maykl Ceksonla bağlı YENİ QALMAQAL: Əfsanəvi müğənninin mahnıları oğurlanıb?

!Reklam – Yazi

Ölümündən sonra da populyarlığını itirməyən Maykl Ceksonun varisləri onun yayımlanmamış musiqilərinin hərraca çıxarılmasını əngəlləyirlər.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “Gotta Have Rock and Roll” hərrac evi 2009-cu ilin iyununda Maykl Ceksonun 1994-cü ildə Nyu-Yorkdakı “The Hit Factory” studiyasında yazdırdığı iddia edilən 20-dən çox mahnısını hərraca çıxarmağı planlaşdırdığını elan etmişdi.

Həmin hərrac evi hər kaset üçün 4 min dollara qədər qiymətləndirmə gözlədiyi halda, Maykl Ceksonun varislərinin vəkilləri həmin kasetlərin oğurlandığını iddia edərək məhkəməyə üz tutacaqlarını açıqlayıblar.

Vəkil Conatan Steynsapirin bu ilin 29 noyabrında yazdığı və “Billboard” jurnalında dərc edilən məktubunda nə Maykl Ceksonun, nə də “Sony Music Entertaiment” şirkətinin “The Hit Factory”dəki səsyazmaları heç kimə satmadıqlarını, hərrac evinin qanunsuz şəkildə onları ələ keçirdiyini bildirib.

Sözügedən hərrac evi isə öz növbəsində bu ittihamları rədd edib. Lakin məhkəmədən hərrac evini sevindirəcək xəbər gəlməyib və səsyazmaların satışa çıxarılmasının qarşısı alınıb.

COP29

www.yenicag.az

294
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv