!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MDB PA DİMBİİ Bakı filialında Azərbaycanda gənclər siyasətinə dair konfrans keçirildi - FOTOLAR

!Reklam – Yazi

Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialı “Dövlət gənclər siyasəti vətəndaş cəmiyyətinin inkişaf amili kimi” mövzusunda konfrans keçirib. Filialın mətbuat xidmətindən verilən məlumata görə, Bakıdakı Rus evində təşkil olunan tədbirdə Milli Məclisin deputatları, müxtəlif nazirlik və dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin professor-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.

Yenicag.az xəbər verir ki, konfransı giriş sözü ilə açan MDB PA DİMBİ-nin Bakı filialının direktoru Ramin Rzayev konfransın məqsədi və proqramı barədə məlumat verib.

MDB PA Şurası Baş katibinin müavini, Milli Məclisin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov çıxışında bildirib ki, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilib.

Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov konfransın əhəmiyyəti barədə fikirlərini bildirib.

Milli Məclisin deputatı Nizami Səfərov qeyd edib ki, gənclərin hərtərəfli inkişafını təmin etmək məqsədilə ölkədə müxtəlif proqramlar qəbul edilib, bu məqsədlə normativ-hüquqi baza təkmilləşdirilib və institusional islahatlar aparılıb. O, bu istiqamətdə həyata keçirilən tədbirlərin uğurlu nəticələrini diqqətə çatdırıb.

Tədbir həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qeyri-olimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov  “Bədən tərbiyəsi, idman və turizmin inkişafındakı xidmətlərinə görə” Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının fəxri nişanı ilə təltif ediliblər. MDB PA DİMBİ Bakı filialının əməkdaşı Rəmzi Yusifov isə parlamentarizmin inkişafı və möhkəmləndirilməsi işində xüsusi xidmətlərinə, MDB-nin fəaliyyətinin hüquqi əsaslarının inkişafına və təkmilləşdirilməsinə, beynəlxalq əlaqələrin və parlamentlərarası əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələrə görə “MDB PA.30 il” xatirə nişanı ilə təltif edilib.

COP29

www.yenicag.az

317
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv